“Soyqırımı kəlməsi heç vecimə də deyil“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Şarl Aznavur: “Ermənistan ölkəni yeyib-talayan 2-3 mafiya başçısının əlində qalıb“

“Bu gün Türkiyənin Avropa Birliyinə ehtiyacı belə yoxdur, çünki artıq Avropa bu ölkəyə möhtacdır. Bəs Ermənistan nə edir? Baxın, xalq səfalət içindədir, Ermənistan hər geridə qalan gün ərzində boşalmaqdadır. Belə getsə, yaxın illərdə Ermənistan insansız, quru dağlardan ibarət əraziyə çevriləcək“.

Fransada yaşayan ermənimənşəli sənət adamı, siyasətçi-diplomat Şarl Aznavurun sentyabrın 4-də səsləndirdiyi və dünya ermənilərinin yuxusunu ərşə çəkən fikirlər hələ də ictimai gündəmdədir.

Aznavur həmin vaxt soyqırımla bağlı bildirmişdi ki, “soyqırımı“ ifadəsi hamı kimi onu da narahat etməyə başlayıb və bu səbəbdən də onu başqa bir sözlə əvəz etmək lazımdır. O, hətta “soyqırımı“ iddiasının əhəmiyyətsiz olduğunu, ermənilərə zərər gətirdiyini də vurğulamışdı. Bu məsələlərlə bağlı Parisdə fransız dilində yayımlanan aylıq “Nouvelles d:::Armenıe Magazıne“nin oktyabr buraxılışında Ara Topanyanın Ş. Aznavurla müsahibəsi dərc edilib. “Zaman“ qəzeti də həmin müsahibəni türkcəyə çevirməklə öz səhifələrinə çıxarıb. Biz də öz növbəmizdə həmin müsahibənin bəzi maraqlı məqamlarını ixtisarla “Həftə içi“nin oxucularının diqqətinə çatdırırıq. Ş. Aznavur söhbətə məhz erməniləri narazı salan haqqında danışdığımız fikirlərinə münasibət bildirməklə başlayıb.
- Nəzərə alın ki, ərəb dünyasında inqilablar edən xalqlar Türkiyədəki kimi Kamalist dövlət qurmaq arzusundadırlar. Yəni Türkiyə dünyanın ən sayılıb-seçilən subyektlərindən birinə çevrilib. Fransaya dost deyirik, amma bilin ki, Paris indiyədək ermənilər üçün nə edibsə, kifayətlənib, son illər İrəvan üçün heç nə etmir. Ümumiyyətlə, heç bir ölkə Ermənistana dəstək olmayacaq. Amma yenə deyirəm, Türkiyə dünya iqtisadiyyatını özündə cəmləyən “G-20“ qrupunun üzvüdür. Bu gün Türkiyənin Avropa Birliyinə ehtiyacı belə yoxdur, çünki artıq Avropa bu ölkəyə möhtacdır. Bəs Ermənistan nə edir? Baxın, xalq səfalət içindədir, Ermənistan hər geridə qalan gün ərzində boşalmaqdadır. Belə getsə, yaxın illərdə Ermənistan insansız, quru dağlardan ibarət əraziyə çevriləcək. Bu isə Ermənistanı yeyib-talayan 2-3 mafiya başçısına xeyirlidir. Əvəzində isə yüz minlərcə məzlum insan dünyaya səpələnəcək. Bu gün Ermənistanda uşaqdan böyüyə hamı “soyqırımı“ sözünə aludə olub, qalıb. Bunun nə xeyri var millətimizə? Şəxsən mən ermənilərin bu mövqe ilə Ermənistanı hara aparacaqlarını deyə bilmərəm. Xaricdəki lobbi nə edir Ermənistana? Bir az pul yollayır, onu da ki, öz maraqları naminə. Sonra da başlayırlar mənim kimi düşünənlərə dərs verməyə, hansı ki, mən onun kimi yüzünə dərs verərəm. Amerikadakı bir milyonçu erməni vəkillə görüşəndə bu barədə soruşdum, o da hamı kimi düşünürdü. Amma fikrimi açıqlayanda, məni dəstəklədi. Mən ona da dedim ki, əgər o vaxt ermənilərə qarşı hətta soyqırımı törədilibsə də, biz yenə mövcuduq. Amma bu gün dövlət, millət kimi məhv olmaq astanasındayıq. Heç olmaya dövlətimizi qurtarmaq üçün bəzi fərqli şeylər düşünək.
- Amma siz əvvəllər soyqırımı məsələsinin ABŞ senatına çıxarılması üçün çox səy göstərmişdinizg
- Nə xeyri oldug Bütün bunlar bizi hara apardı? Əgər aparılan yolu ölçsək, sıfır metr irəliləmişik. Hansı ki, Ermənistanın qonşuları olduqca sürətli inkişaf yolu qət ediblər. Türkiyənin xarici işlər naziri məni şəxsən öz evinə qonaq çağırıb. Əgər belə münasibət göstərirlərsə, biz də tələblərimizi uzlaşdırmalıyıq. Bu gün mənə gələcəkdə Ermənistanın prezidentinin kim olması maraqlı deyil, mən Türkiyə ilə sərhədlərin açılmasını istəyirəm.
- Sizə elə gəlmirmi ki, millətimiz üçün yardım çağırışı edirsiniz?
- Əlbəttə. Mən türk milləti haqqında yaxşı nə varsa, hamısını deməyə hazıram. Bu gün Türkiyədə yaşayan heç bir erməni türklərdən zəhləsi getdiyini deyə bilməz. Çünki buna əsasları yoxdur.
- Bəs 2009-cu ildə Sürixdə imzalanmış, amma kağız üzərində qalan protokollar barədə nə düşünürsünüz?
- Protokollar imzalandığı günün səhəri problem yaranmışdı və mən bunu gözləyirdim. Türklər bu gün o dərəcədə güclüdür ki, güzəştə getmək barədə düşünmürlər də. Ona görə də belə vəziyyətə düşməkdənsə heç nə etməmək daha yaxşıdır. Nəyə görə də bundan sonra heç kim məndən nə isə gözləməsin, artıq bezmişəm ermənilərin nostalji mövqeyindən. İndiyədək türk xalqına olduqca çox yalanlar deyilib, yanlış şeylər öyrədilib. Ona görə də biz ziyalılar çalışıb onlara daha doğru olanları başa salmalıyıq. Biz deyirik ki, türklər bölgəyə gəlmədirlər və ermənilərin tarixi torpaqlarına yerləşiblər. Elə isə sualıma cavab verin, neçə ildir onlar bizim torpaqlara gəliblər? Təxminən “min il“ deyərsiniz. Mən də deyim: almanlar artıq dəmir filizi ilə zəngin Elzas və Lotaringiyanı Fransadan tələb etmir. Fransa da Almaniyanın kömürlə zəngin Rur bölgəsini istəmir. Ona görə də bu bölgələrdə hamı firavandır. Necə ki, adıçəkilən dövlətlər də bir bayraq altında qardaş kimi yaşayırlar.
- Sizə elə gəlmirmi ki, Ermənistan ermənilərinin xaricə axınının başlıca səbəbi ölkə xalqına heç bir ümid yeri qoymayan siyasi sistemin naşılığıdır? Hətta Qarabağ savaşı olmasaydı belə, Ermənistanda inkişaf baş verməyəcəkdig
- Tamamilə razıyam. Ermənistana milyardlarla dollar yardım gəlir, amma ondan xalqa heç nə verilmir. Amma Ermənistanı idarə edən, yeyib-talayan mafiya üzvləri haqqında nə qədər desəniz hekayətlər danışaram sizə. Bu gün Ermənistanda kəndlilər ayaqları altındakı torpaqlarda acından qırılırlar.
- Elə isə soyqırımı məsələsində nə təklif edirsiniz?
- Mənə qarşılıqlı uzlaşma lazımdır. Türklər bəlkə də gələcəkdə “soyqırımı“ ifadəsini işlədəcəklər, amma indi bunu tələb etməyin yeri deyil. Qısası, soyqırımı ifadəsinin işlədilməsi mənim vecimə deyil. 1950-ci ildən sonra dünyada soyqırımı iddiasını qəbul etmək çox çətindir. Biz isə bunu bilə-bilə özümüzü həsr etmişik xəyallara.
- Bəs Qarabağ münaqişəsinin həllini necə görürsünüz? Türkiyə bir yana, Azərbaycanla müharibə riski daha böyükdür...
- Bu məsələdə düşünürəm ki, tarixi faktlara nəzər yetirilsin. İndi deyirik ki, Qarabağı Stalin verib Azərbaycana. Elə isə bundan əvvəl kimin olub ora? Ermənistanın, xeyr, bu bölgə tarixən müstəqil fəaliyyət göstərib? Bax alimlər bunu araşdırmalıdır ki, Qarabağ Stalin dövründən əvvəl kimin olub və ya hansı statusu daşıyıb.
- Yəni nə demək istəyirsiniz, Qarabağ məsələsində də geri addım atmalıyıq?
- Mənim fikrim başqadır, Qarabağın müstəqil dövlət olduğu qəbul edilməlidir. Eynən Azərbaycan və Ermənistan kimi müstəqil. Əlbəttə, bu mənim düşüncəmdir, amma bunun utopiya olduğunu başqaları deməlidir.
- Siz bu cür mövqe bildirəndə, Ermənistanın rəhbər orqanlarından məsləhət alırsınız?
- Ermənistan rəhbərləri həmişə mənimlə razı olublar, amma real addım ata bilmirlər. Fransanın özü də bu məsələdə eynən Ermənistan rəhbərlərinin mövqeyini təkrarlayır. Əslində Fransadan nə isə gözləməyə dəyməz. Çünki Fransa Türkiyəni qoyub Ermənistanı dəstəkləməyəcək. Fransa ermənilər üçün heç nə etməyəcək. Etsəydi geridə buraxdığımız 90 il ərzində edərdi. Bunu Fransanı təmsil edən səfir kimi, heç nədən çəkinmədən deyirəm. Cild-cild kitablar yazılıb ermənilərin soyqırıma uğraması barədə, nəticə verməyib. Məsləhət görürəm ki, erməni milləti yuxudan oyansın, utopik düşüncəni kənara qoyub, gələcəyə real gözlə baxsın. Özümüzü tərifləyə-tərifləyə dövlət olaraq uçurumun astanasına gəlmişik. Məndəki məlumata görə, Ermənistanda 2,3 milyon adam qalıb. Hansı ki, rəsmi İrəvan əhalinin sayını 3,6 milyon nəfər göstərir. Buna inanmaq olarmı, əsla!
- Sizə elə gəlmirmi müsahibə boyu erməni millətinin qüruruna təcavüz etdiniz?
- Mən bütün bunlara baxa-baxa həyatım boyu özümə təcavüz etmişəm, niyə öz xalqıma da etməyim? Bir gün bacım mənə dedi ki, “hansısa türk səni öldürə bilər?“ Mən də cavab verdim ki, bunu erməni də edə bilər, həm də türkdən də yaxşı. Başa düşürəm ki, riskə yol verirəm, amma heç nədən qorxmuram.
Vüsal Tağıbəyli
Oxunma sayı 140