Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

13:50 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Oxunma sayı 81