Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

14:06 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb".

Oxunma sayı 966