Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib

14:47 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərracı keçirib.

Hafta.az-ın məlumatına görə, hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Bu əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 2-si isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Hacıqabul və Yevlax şəhərlərində yerləşir.

Oxunma sayı 921