Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir

10:30 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 faiz artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.

Siyasət rubrikasından digər xəbərlər