Azərbaycanda 83 körpə ev şəraitində doğulub

13:29 14.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ev şəraitində doğulan uşaqların müəyyən edilməsi və onların doğumunun qeydə alınması sahəsində vətəndaşlara hüquqi yardım göstərilir”.

Hafta.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisiReyhanə Kərimova deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 6 ayı ərzində də ev şəraitində 83 uşaq doğulub:

"Bu rəqəm 2019-cu ildə148 olub. Onlardan ümumilikdə 139-nun doğumu qeydə alınıb, digərləri barəsində isə valideynlərinə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsinə hüquqi yardım göstərilib”.

Oxunma sayı 2458