Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır - İlham Əliyev

21:29 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib:

“DoingBusiness” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatda bəzi məqamları mən sizin və Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Burada bildiyiniz kimi, rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və digər”.

Oxunma sayı 63