Azərbaycanda aparılan islahatlar “Jamestown Foundation” nəşrində

12:44 28.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri (BMTM) Fuad Çıraqovun ABŞ-ın nüfuzlu  “Jamestown Foundation” nəşrində Azərbaycanda 2019-cu il ərzində həyata keçirilən islahatlara dair “İlə baxış: Azərbaycan daxili islahatlar və çoxtərəfli xarici siyasət həyata keçirir” adlı məqaləsi dərc edilib.

Hafta.az yazır ki, məqalədə 2019-cu ilin Azərbaycan üçün çox dinamik olduğu, yanvar-dekabr ayları ərzində dəyişən islahatların həyata keçirildiyi və idarəçiliyin yeni nəslə ötürüldüyü diqqətə çatdırılır. Müəllif Prezident İlham Əliyevin 2019-cu il ərzində demək olar ki, hər ay yerli və beynəlxalq müşahidəçiləri özünün yeni islahatları və təyinatları ilə təəccübləndirdiyini yazır. Qeyd edilir ki, adətən qonşu regionlarda siyasi dinamizm siyasi hakimiyyətlərdən narazı kütlələrin etirazları ilə müşayiət olunsa da, Azərbaycanda bu ölkə başçısının islahatları ilə özünü göstərir. Məqalədə davam edən islahatlar fonunda ölkənin qanunverici orqanının aparılan islahatlara uyğunlaşdırılması üçün Milli Məclisin yeni seçkilərə getməsi və bununla bağlı ölkə başçısına müraciət etməsi də vurğulanır.

Müəllif ölkə daxilində aparılan islahatlar və müsbət dəyişikliklər fonunda Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişin olmadığını və Ermənistanın təcavüzkar və status kvonu saxlamaq siyasətini davam etdirdiyini əlavə edir. Bununla yanaşı, xarici siyasət istiqamətində 2019-cu il ərzində baş vermiş uğurlar kimi TANAP layihəsinin açılışı və Bakıda 120 ölkədən nümayəndə heyətinin iştirak etdiyi Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısı diqqətə çatdırılır.

Daha ətraflı aşağıdakı linkdən tanış olmaq olar:

https://jamestown.org/program/a-year-in-review-azerbaijan-pursues-internal-reforms-and-external-multilateralism/?fbclid=IwAR3Pm2glsgwlQHe_8hcFMnbet1MPBj2O406iJzzJEj6hDxlZASajeXNZcCk

Oxunma sayı 164
Siyasət rubrikasından digər xəbərlər