Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində də cinayət işi başlanıb

14:51 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Oxunma sayı 697
Siyasət rubrikasından digər xəbərlər