Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb

17:08 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu gün 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.
Oxunma sayı 2501
Siyasət rubrikasından digər xəbərlər