Azərbaycanda daha 43 dövlət əmlakı hərraca çıxarılır

14:00 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac 22 dekabr tarixində təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, hərraca 43 dövlət əmlakı çıxarılacaq. Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə ƏMDX-nin saytından tanış olmaq olar.

Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Oxunma sayı 819