Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək

10:31 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, mövcud peşə mərkəzlərindən əlavə daha iki mərkəzin tikintisi nəzərdə tutulur.

 "Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulub. Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulur. Cari ildə əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq", - deyə S. Babayev qeyd edib.

Nazir həmçinin əlavə edib ki, bu dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olmağa imkan yaradacaq.

Oxunma sayı 30