Azərbaycanda eyni yol 5-ci dəfə çökdü – Günün təzadları

18:53 30.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda eyni yolun beşinci dəfə çökdüyu bəlli oldu.

Hafta.az yazır ki,  Oxu.az-ın verdiyi xəbərə görə, söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. 

Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub. 

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb. 

Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çöküb. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.

 

Binə qəsəbəsində kişi keçmiş arvadını döyərək qarət etdi

Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq etdi.

Hafta.az  xəbər verir ki, APA-nın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A. Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyası homoseksuallara dəstək verdi, Ərdoğan isə...

Türkiyənin müxalif  və demokrat hesab olunan Cümhuriyyət Xalq Partiyasının bir sıra üzvləri, o cümlədən gənclər təşkilatları ölkədə əxlaqsızlığı təbliğ edən "LGBT"(homoseksuallar, transeksulların və s. birliy) hərəkatına dəstəklərini ifadə etdi. Hafta.az-ın Türkiyə nəşrlərinə istinadla verdiyi xəbərə görə,  onlar arasında CXP-nin İstanbuldan olan deputatı Sezgin Tanrıkulu da var. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iyunun 29-da ölkədə “LGBT” icmasının fəaliyyətinə qarşı keçirilmiş hökumət iclasından sonra bəyanat verib.

Ölkə lideri çıxışında üzdəniraq “LGBT” cəmiyyəti ilə bağlı  xalqa müraciət edərək deyib: 

“Millətimin bütün üzvlərini ehtiyatlı olmağa və Allahımızın qadağan etdiyi hər hansı bir ifrata və ya əxlaqsızlığa qarşı çıxmağa çağırıram. Ölkəmizə geniş bir baxışla xidmət edərkən bəziləri milli və mənəvi dəyərlərimizi, heysiyyatımızı təhqir etməyə çalışırlar. Bu cür hərəkəti dəstəkləyənlərin hamısı gözümüzdə eyni bidətin tərəfdarıdır. Onların bu ölkədə kök salmaq imkanları yoxdur...” 

"Ərdoğan, həmçinin Türkiyədəki "LGBT"  problemini həll edə biləcək bir qanun layihəsinin iyunun 30-da parlamentə təqdim olunacağını söyləyib.

 

Şadlıq sarayları işçiləri nazirlik qarşısında etiraz aksiyası keçirdi

İyunun 29-da, bazar ertəsi günü İsrail Nazirlər Kabinetinin Səhiyyə Nazirliyində və digər nazirliklər arasında ciddi fikir ayrılıqları səbəbindən bir gün  öncə dayandırılmış koronavirusla mübarizə ilə əlaqədar iclası Maliyyə Nazirliyində işinə davam etdi.

Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, iclasın getdiyi vaxtda Maliyyə Nazirliyinin binasının qarşısında mədəniyyət, eyni zamanda şadlıq sarayları və konfrans-zalların  işçilərinin nümayişi başlayıb.

28 iyun görüşü zamanı nazirlər arasında fikir ayrılığı yaranıb. Səhiyyə Nazirliyi küçə və parklarda bir yerə toplaşanların sayının on doqquz nəfərə qədər məhdudlaşdırılmasını tələb edib. Digər nazirlərin xüsusilə kəskin etirazını doğuran digər bir təklif kütləvi tədbirlərdə iştirak edənlərin sayının 50 nəfərədək məhdudlaşdırılması tələbi olub. İclasda iştirak edən bəzi nazirlərin fikrincə, belə bir addım epidemiya zamanı onsuz da çox böyük itkilər verən şadlıq saraylarının sahiblərinə ağır zərbə vuracaqdır.

 

Masallıda maskalılar evə basqın edərək ev sahibini döydü və...

Masallı rayonunda mənzilə basqın edildi.

Hafta.az yazır ki, Trend-in məlumatına görə, hadisə rayonun İsi kəndində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün gecə saat 3 radələrində yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olaraq ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bakıda şirkət direktoru axtarışa verildi

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edildi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

Məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 

Oxunma sayı 4098