Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:56 14.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 23-də ADA Universitetində ölkəmizdə ilk dəfə “DOTNET KONF Azərbaycan” baş tutacaq.

Hafta.az xəbər verir ki, Konfransın məqsədi yerli IT ekosisteminin nümayəndələrini bir araya toplamaq, proqramçı mütəxəssislər və proqramlaşdırmaya yeni başlayanlar arasında körpü yaratmaq, bu sahənin ən son yeniliklərini və trendlərini araşdırmaq, ölkənin informasiya texnologiyaları bazarının və kadr potensialının inkişafına təkan verməkdir.

Bir qrup yerli proqramlaşdırma mütəxəssisinin təşəbbüsü, “Microsoft Azerbaijan”, “TayqaTech” və “Kibrit.Tech” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə 7 spikerin çıxışı planlaşdırılıb. Eyni zamanda, 250 nəfərin iştirakı nəzərdə tutulub. Konfransın işçi dili Azərbaycan dilidir.

Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, dünyanın əksər ölkələrində çoxsaylı proqramçı auditoriyasını öz ətrafında birləşdirən .NET Developerlər Konfransının Azərbaycanda da illik olaraq keçirilməsi planlaşdırılır.