Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

15:49 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında hazırkı dövrədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə hafta.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Qeyd edək ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Oxunma sayı 211
Siyasət rubrikasından digər xəbərlər