Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:20 01.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 682 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 488 852 test aparılıb. Aktiv xəstə sayı 7 831 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 45 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Oxunma sayı 2511