Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb

23:50 30.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 30-na olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 645 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 482 170 test aparılıb. Aktiv xəstə sayı 7 596 nəfərdir, onlardan 182 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Oxunma sayı 2606