Yazını böyüt
Yazını kiçilt
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb.
Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 722 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 509 811 test aparılıb. Aktiv xəstə sayı 8 332 nəfərdir, onlardan 348 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.