Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

21:54 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 874 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 744 837 test aparılıb. Aktiv xəstə sayı 4 456 nəfərdir, onlardan 259 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Oxunma sayı 2986