Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO

13:20 11.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dördmərtəbəli binasının üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, yüksək temperaturdan üçüncü mərtəbənin tavanı əriyib. Yanğın zamanı 8 xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.