“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq

22:41 24.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq.

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər “Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramını hazırlayıb qəbul etmək öhdəliyi götürüblər.

Oxunma sayı 161