Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub

10:00 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

Hafta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Yanvarın 25-i saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.

Qeyd edək ki, bununla da sözügedən şəhər və rayonların girişlərindəki karantin postları ləğv olunub.

Oxunma sayı 174