Bu gün Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Avstriya prezidenti Haynts Fişerin Azərbaycana səfəri ilə əlaqədar bu gün saat 14:00-dan aeroport şosesi, Heydər Əliyev prospekti, Böyükşor sosesi, 10-ci Zavod yolu, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu Park, Lermantov, Teymur Elçin, M. Hüseyn, Parlament prospekti, H. Cavid, İnşaatçılar və İzmir küçələri istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilir. Oktyabrın 12-də saat 08:30-dan səfər başa çatanadək İzmir, Bakıxanov, C. Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, F. Xoyski, T. Rəhimov, Qədirbəyov küçələri, Xətai prospekti, Dəmirçizadə küçəsi, Heydər Əliyev prospekti, aeroport, Mərdəkan, Buzovna, Zağulba şoselərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Təbriz Vəfalı