Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir - İsrailli mer müavini

13:28 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müxtəlif ölkələrə və müxtəlif etnoslara tolerant münasibət Azərbaycanda çox yüksək qiymətləndirilir.

Bunu hafta.az-a İsrailin Miqdal-Emek şəhərinin mer müavini Sergey Oklander deyib.

O bildirib ki, israilli repatriantlarla işi ilə əlaqədar Azərbaycandan gələnlərlə yaxşı tanışdır. Onlar hər zaman sıx, yaxşı inkişaf etmiş millətlərarası, dinlərarası münasibətlər barədə xoş xatirələr paylaşır.

S.Oklander vurğulayıb ki, Azərbaycan tolerantlıq nümunəsidir:

“Artıq yeni nəsildən olan insanların son 30 il ərzində rus dilində sərbəst danışa bilmələri onu göstərir ki, Azərbaycanda müxtəlif ölkələrə və müxtəlif etnoslara tolerant münasibət çox yüksək qiymətləndirilir”.

O əlavə edib ki, Azərbaycanda tolerantlıq baxımından yaranmış mühit, heç kimin bir-birinin etnik mənşəyi ilə maraqlanmaması çox şey ifadə edir.

Oxunma sayı 575
Siyasət rubrikasından digər xəbərlər