Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb - Mikayıl Cabbarov

12:10 16.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla BMT arasında növbəti beş il üçün əməkdaşlığının prioritet sahələrinin təyin edilməsinə həsr olunmuş konfrans zamanı deyib.

Nazirin sözlərinə görə, 2001-ci ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı, bu gün isə bu göstərici 5 faizdən aşağıdır.

M.Cabbarov qeyd edib ki, 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Koordinasiya Şurası 17 prioritet hədəf və 88 hədəf göstəricisi seçib: “Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün operativ kompleks qiymətləndirmə keçirilib və bunun nəticəsində uyğunluq 70 faiz səviyyəsində müəyyən edilib”.