Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı - VİDEO

14:25 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

DGK-dən hafta.az-a bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb:

"Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb".

 

Oxunma sayı 340