Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

17:24 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 749 milyon 97 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, bu rəqəm 2018-ci ilə nisbətən 148 milyon 591 min dollar çoxdur.

2019-ci ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 823 milyon 900 min dollar olub.

Oxunma sayı 20