Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram - Rusiya Federasiyasından Prezidentə məktub

12:34 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Möhtərəm cənab Prezident,

Mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşaya azərbaycanlıların qürur duyduğu Lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.

Hörmətlə,

Namazov Elzabit Hümbət oğlu

Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Norilsk şəhəri”.

Oxunma sayı 295
Siyasət rubrikasından digər xəbərlər