Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb - DANX

18:30 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejimi dövründə Goranboy rayonunda sərnişin sıxlığı 90 faizə qadər azalıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bəzi regionlarda isə sıxlığın azalmasına hələ də istədikləri kimi nail ola bilməyiblər:

"Hazırkı statistikaya görə, Goranboyda sərnişin sıxlığı 90 faizə qadərə azalıb. Bu rayonla yanaşı Astarada və Lerikdə də azalma müşahidə olunur. Bu bölgələrdə sərnişin sıxlığı istədiyimiz kimi azalsa da, Gəncə şəhərində sıxlıq pik həddədir. Burada gün ərzində 4 min insan ictimai nəqliyyatdan istifadə edir".

N.Allahyarova qeyd edib ki, Şəki, Qax, Zaqatala və Qubada da sərnişin sıxlığı çoxdur.

O, Bakı-Sumqayıt və Bakı-Abşeron üzrə də sərnişin axınında azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmədiklərini vurğulayıb.

Oxunma sayı 146