Azərbaycanın diplomatları arasında da koronavirusa yoluxma baş verib - Rəsmi

10:51 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır:

“Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.

Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda - Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Bakı Metropoliteni”, ''Azərsu''da koronavirusa yoluxma halları qeydə alınıb.

Oxunma sayı 736
Siyasət rubrikasından digər xəbərlər