Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb - Vaqif Dərgahlı

16:25 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”

Hafta.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır:

"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

Oxunma sayı 619
Siyasət rubrikasından digər xəbərlər