Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var - Türkiyəli general

14:30 22.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın istənilən yolla, eyni zamanda hərbi yolla öz torpaqlarını azad etmək hüququ var.

Hafta.az xəbər verir ki, bunu Trend-ə Türkiyə ordusunun təqaüddə olan general-leytenantı, milli təhlükəsizlik məsələləri üzrə ekspert Ermağan Kuloğlu deyib.

Ekspert Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edə biləcəyinə əminliyini ifadə edərək, Ermənistanın da bunu gözəl bildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı yeni hal deyil və bu təxribatlar davam edəcək.

Türkiyəli ekspert onu da əlavə edib ki, Ermənistan davamlı olaraq silahlanmaqda davam edir və bununla da sanki Azərbaycana güc nümayiş etdirməyə çalışır. Yəni, demək istəyir ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək məqsədilə hər hansı bir əməliyyat keçirməsin.

Oxunma sayı 342