Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Hərbi-Hava Qüvvələrinin Pakistana sifariş verdiyi, Pakistan-Çin ortaq istehsalı olan ilk "JF-17" döyüş təyyarəsi fevralda ölkəmizə gətiriləcək.
Hafta.az-ın yazdığına görə, bu barədə Pakistan mediası məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə gələn ay təslim ediləcək "JF-17 Blok 3" döyüş təyyarəsi dünyada istifadə edilən ən müasir qırıcılardan sayılır.
Qeyd edək ki, Azəbaycanın Müdafiə naziri Zakir Həsənovla Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, general Mucahid Ənvar Xan yanvarın 11-də Bakıda bir araya gələrək, iki ölkə arasında hərbi sahədə əlaqələrin genişləndirilməsini müzakirə etmişdilər. Danışıqlarda birgə hərbi təlim keçirmək barədə də danışıqlar aparılmışdı.