Qərb ölkələrində sığınacaq almaq istəyənlərin sayı artıb

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyada sığınacaq axtarışında olan şəxslərə dair növbəti hesabatını açıqlayıb. BMT-nin rəsmi saytına görə, sənəddə bildirilir ki, cari ilin ilk yarısında inkişaf etmiş ölkələrdə sığınacaq axtaran şəxslərin sayı 17 faiz (198 000 nəfər) artıb. Bu rəqəmin ilin ikinci yarısında daha iki dəfə artacağını ehtimal edən BMT ekspertləri inkişaf etmiş ölkələrdə sığınacaq axtaran şəxslərin, əsasən Əfqanıstan, Çin, Serbiya (Kosovo), İraq və İrandan olduqlarını xəbər verir. Bu ölkələrdən olan şəxslər daha çox ABŞ, Fransa, Almaniya, İsveç və digər ölkələrdə sığınacaq almağa çalışırlar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında Azərbaycandan Qərb dövlətlərində sığınacaq almaq arzusunda olan şəxslərə dair statistika da əks olunub. Bildirildiyinə görə, cari ilin ilk rübündə Azərbaycandan 575, ilin ikinci rübündə isə 450 şəxs sığınacaq hüququ almaq üçün rəsmi müraciət edib. Müraciətlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional ofislərinə və inkişaf etmiş ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarına göndərilib. Hesabata görə, bu şəxslərin təqribən yarısı Skandinaviya və Avropa İttifaqı ölkələrində sığınacaq istəyib. Qeyd edək ki, Ermənistana dair göstəricilər ilin birinci və ikinci rüblərində müvafiq olaraq 1276 və 1596 şəxs təşkil edib.



Vüsal
Oxunma sayı 118