Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

23:48 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq öz məvaciblərindən 3 000 ABŞ dolları ianə ediblər.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Oxunma sayı 169
Siyasət rubrikasından digər xəbərlər