Qazaxstan TV Azərbaycanın Vətən müharibəsi haqqında film çəkib. ”Dağlıq Qarabağ - Yeni anlaşma” adlı filmdə Qarabağın Ermənistan tərəfindən işğalı, 30 il ərzində qaçqın və məcburi köçkünlərin həyatı, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, 27 sentyabr – 10 noyabr Vətən müharibəsi və onun nəticələri, eləcə də Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni geo-siyasi reallıqlar və müharibədən sonrakı dövrdə bölgənin inkişaf perspektivləri haqqında bəhs olunur. Filmin çəkilişi Bakıda, Gəncədə, Bərdədə və işğaldan azad olunmuş ərazilərdə aparılıb. Filmdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin, Milli Məclisin üzvləri Nizami Səfərovun və Cavanşir Feyziyevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr atanın, dağ Yəhudiləri icmasının rəhbəri Melix Yevdayevin, Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin, eləcə də müharibə şahidlərinin və şəhid ailələri üzvlərinin müsahibələri yer alıb.
Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında
11:25 05.03.2021
Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Oxunma sayı 611
Gündəm rubrikasından digər xəbərlər
13:54 / 18.04.2024
15:39 / 17.04.2024
14:39 / 17.04.2024
14:07 / 16.04.2024
16:54 / 15.04.2024
10:03 / 13.04.2024
14:06 / 09.04.2024
09:21 / 09.04.2024
17:37 / 08.04.2024
09:39 / 07.04.2024
19:29 / 06.04.2024
11:45 / 06.04.2024
09:51 / 06.04.2024
17:43 / 05.04.2024
17:03 / 05.04.2024