Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub - Hikmət Hacıyev

17:42 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Əfqanstanda sülhməramlı qüvvlər tərkibində xidmət aparan bir hərbçisinin koronavirusa yoluxması qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, həmin hərbçi nəzarətə götürülüb və digər hərbçilər xidmətlərini davam etdirir.

PA rəsmisi həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında da yoluxmanın qeydə alındığı müşahidıə edilib.

Onun sözlərinə görə, Azərbaycanın Meksika və Moldovada olan səfirliklərin əməkdaşları arasında yoluxma halları var. H.Hacıyuev bildirib ki, buna baxmayaraq səfirlikər öz fəaliyyətlərini davam etdirir.

Oxunma sayı 1615