Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur

16:04 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağmünaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.

Siyasət rubrikasından digər xəbərlər