Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

12:00 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Fransa Respublikasının Daxili İşlər Nazirliyinin Fransada Yaşayan Əcnəbilər üzrə Baş Direktorluğunun rəhbəri Pierre-Antoine Molina arasında görüş keçirilib.

 

DMX-dən hafta.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, hüquq-müqavilə bazasının gücləndirilməsi və əməkdaşlığın genişləndirilə biləcəyi mümkün sahələr müzakirə edilib. Miqrasiya idarəçiliyi sahəsində və maarifləndirmənin artırılmasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

 

Görüşün sonunda miqrasiyanın müxtəlif aspektlərini əhatə edən mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı görüşdə iştirak edib.

Siyasət rubrikasından digər xəbərlər