Azərbaycanla Türkiyə arasında preferensial ticarətlə bağlı saziş hazırlanmaq üzrədir

18:20 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Türkiyə arasında preferensial (tərcihli) ticarətlə bağlı saziş hazırlanmaq üzrədir.

Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Naxçıvanla preferensial ticarətlə bağlı Türkiyə Azərbaycan ilə razılıq əldə edib: “Naxçıvan məhsullarının Türkiyəyə ixracına dair uğurlu razılığa müvəffəq olunub. Azərbaycanla da preferensial ticarətin aparılması ilə bağlı danışıqlar aparılır. Bu istiqamətdə uğurlu proses gedir. Ümid edirik danışıqlar öz nəticəsini tapacaq”.

Nazir müavini qeyd edib ki, Naxçıvan iqtisadiyyatı ilə ölkə üzrə iqtisadiyyatın öz xüsusiyyətləri var. Naxçıvan blokada şəraitində olan bölgədir. Bu baxımdan Azərbaycanla imzalanacaq sazişdə bir sıra özəlliklər olacaq. Azərbaycan tərəfinin maraqları nəzərə alınmaqla saziş hazırlanmaq üzrədir”.

 

Oxunma sayı 29