Azərbaycanla Rusiya arasında həllini tapmayan məsələ yoxdur

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Bu gün Azərbaycan ilə Rusiya əlaqələri elə həddədir ki, bu iki ölkə arasında həllini tapmayan məsələ yoxdur“. Bu fikri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib. Onun sözlərinə görə, mövcud əlaqələr bizə imkan verir ki, ortaya çıxan istənilən problemi tezliklə həll edək. Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini xatırladan Şvıdkoy deyib: “Bu əməkdaşlıq iki ölkə arasındakı məsələlərin həllinə və əlaqələrin hərtərəfli inkişafına imkan yaradır. Əlaqələrin bu səviyyədə olması hər iki ölkə üçün önəmli olduğu kimi, gələcək əməkdaşlığımızı inkişaf etdirmək üçün də vacibdir“.

Vüsal
Oxunma sayı 33