Azərbaycanlı aktrisa vəfat etdi

22:24 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib. O, 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.