Azərbaycanlı alim koronavirusa qarşı dərman kəşf etdi – Günün təzadları

18:20 06.07.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı alim Tokay Hüseynov koronavirusun müalicəsində effektiv olan dərman kəşf etdi. 

Hafta.az xəbər verir ki, Baku.tv-nin yaydığı məlumatda belə deyilir.

Onun sözlərinə görə, həmin preparat əvvəl də mövcud idi. Lakin onun covid-19-un müalicəsində effektiv olduğu bilinmirdi. Dünyada çıxan geniş ədəbiyyatdan istifadə edib icmal toplamışam ki, burada slen geniş tibbdə işlənir və bunun böyük əhəmiyyəti var. Onunla bərabət demək istəyirəm ki, burada azot-oksid də, geniş istifadə olur. Necə ki, damar genişləndirən vasitə kimi. Və demək bunların hər ikisi , hər iki bu maddələr bizim tibb praktikasında məncə istifadə oluna bilər.” – deyə alim qeyd edir. Alim onu da deyir ki, koronavirusa yoluxan şəxslərdə qan laxtalanması baş verir və tənəffüsdə çətinlik yaranır. Sözügedən dərman isə qanın durulmasına səbəb olur və ölüm təhlükəsini birmənalı şəkildə uzaqlaşdırır. Hələlik silenium pereparatından koronovirus xəstələrinin müalicəsində istifadə olunmur.

 

Qarabağ qazisi polis rəisi təyin olundu

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Şamaxı Rayon Polis Şöbəsinə yeni rəis təyin etdi.

Hafta.az yazır ki, "Report"un xəbərinə görə, nazirin əmri ilə polis polkovniki Əliyəddin Səfərov Şamaxı Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Ə.Səfərov bundan əvvəl Biləsuvar Rayon Polis Şöbəsinin rəisi olub. O, Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanıb.

 

Ermənistandakı Rusiya bazasında rus hərbçinin meyiti tapıldı

Rusiyanın  Ermənistanın Gümrü şəhərindəki bazasında rus əsgərinin meyiti tapıldı. 

Hafta.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı əsgərinin meyiti kirayə yaşadığı mənzildəki yatağında  aşkarlanıb. Əsgərin yanında yazılı kağız da tapılıb.  Lakin məktubda nə yazıldığı açıqlanmır. Onun hansı şəraitdə öldüyü məlum deyil. Rusiya ordusu işğalçı ölkənin istintaq orqanlarıyla birgə faktla bağlı araşdırma aparılır.

 Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb

 

Silahı təmizləyərkən özünü və anasını yaraladı

27 yaşlı kişi ehtiyatsızlıq nəticəsində anasını və özünü yaraladı.

Hafta.az Moderator.az-a istinadla  yazır ki, Sondakika.com-un xəbərinə görə, hadisə Türkiyənin Kırıkkale şəhərində baş verib. Belə ki, o, polisə silahı təmizləmək istədiyini və atəşin də ehtiyatsızlıqdan açıldığını bildirib. Hadisə nəticəsində qadın daha ağır yaralanıb. 

 

Məşhur futbolçu qarət edildi

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi xoşagəlməz hadisə ilə üzləşdi.

Hafta.az-ın yazdığına görə, "Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin Florensiyadakı evi qarət olunub.

Hadisə A Seriyasının XXX turunun "Parma" ilə oyunu zamanı baş verib. Oyunçuya dəymiş ziyanın məbləği açıqlanmayıb. Qeyd edək ki, Riberi 2019-cu ilin yayından "Fiorentina"da çıxış edir. O daha əvvəl Fransada "Metz" və "Marsel", Türkiyədə "Qalatasaray" və Almaniyada "Bavariya" klublarının formasını geyinib.

 

 

 

Oxunma sayı 9539