Azərbaycanlı bəy toyda tortu təpiklədi – Günün təzadları

18:13 10.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyada baş tutan toy məclisində xoşagəlməz hadisə baş verdi.  Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər böyük marağa səbəb olub. Azərbaycanlıların toyunda bəy əsəbiləşib və özündən çıxıb. Bəy əvvəlcə şampan butulkasını yerə çırpıb, daha sonra tortu təpikləyib. Xoşagəlməz olay zamanı balaca uşaq xəsarət alıb.

 

Müxbir canlı yayımda hücuma məruz qaldı

Türkiyənin Konya şəhərində çökən evin qarşısında canlı yayıma çıxan DHA-nın müxbiri yerli sakinlərin hücumuna məruz qaldı.

Hafta.az-ın yazdığına görə, “BAKU.WS” xəbər verir ki, Karatay rayonunun sakinləri hirslərini agentliyin Həsən Dönmez adlı müxbirindən çıxıblar.

Kadrlardan göründüyü kimi bir neçə şəxs müxbirə zərbə endirməkdən belə çəkinməyiblər.

Qeyd edək ki, Karatayda 2 mərtəbəli evinin çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalaraq həyatını itirib. Həlak olanlardan ikisi uşaqlar olub.

 

Bəy gəlini vurdu – məclisdəkilər alqışladı

Sosial şəbəkədə toyların birində qadına qarşı zorakılığı özündə əks etdirən görüntülərin yayılması böyük rezonans yaratdı.

Hafta.az yazır ki, “Baku.ws”-in yaydığı məlumata görə, Türkiyə mediasının gündəmə gətirdiyi görüntülərin harada baş verməsi dəqiq deyil. Görüntülərdən belə anlaşılır ki, ənənəyə görə bəy gəlinə toyunda şillə vurmaqla ona itaətkar olmağı öyrədir. Gəlinə endirilən zərbədən sonra ətrafdakılar bunu alqışlayır. Qadına qarşı fiziki zorakılıq elementlərindən ibarət olan adətin görüntüsü sosial şəbəkədə milyonlarla insanın etirazı ilə qarşılanıb.

 

Bakıda yanğının söndürülməsinə qatar da cəlb edildi

“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri  və  təyyarəsi ilə yanaşı dəmir yolunun iki yanğınsöndürmə qatarı da cəlb edildi.

Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib. Qatarlardan biri  Biləcəri-Xırdalan mənzilindən, digəri iəs yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından göndərilib. Xatırladaq ki, sözügedən  yangın gün ərzində tamamilə söndürülüb.

 

Rus deputat küçəyə atılmış özbək qızı övladlığa götürdü

Rusiya Dövlət Dumasının üzvü Vitali Milonov “NTV”-də yayımlanan "Bir milyonluq sirr" verilişində 6 uşağın atası olduğunu və onlardan  3-ü övladlığa götürdüyünü etiraf edib.  V.Milonovun övladlığa götürdüyü uşaqlardan birinin özbək bir qız olduğu da bilinib. Hafta.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, xalq deputatı bütün övladlarına qədim rus adları verib və onları Pravoslav müqəddəslərinin şərəfinə adlandırıb:  Yevdokiya, İlya, Marfa, Nikolay, Pelageya və Pyotr... 

Verilişin aparıcısı Lera Kudryavtseva  V.Milonovun övladlığa götürdüyü beş yaşlı  Yevdokiyanın hekayətini dinləyən  zaman göz yaşlarını saxlaya bilməyib. Özbəkistan əsilli bioloji ana hamiləliyini son günə qədər gizlədib və işlədiyi kafenin tualetində  doğub.  Bir neçə saat sonra isə daşürəkli ana doğma körpəsini şaxtalı  qış günündə Sankt-Peterburqdakı parkların birinə buraxıb.  Xoşbəxtlikdən tərk edilmiş  qız uşağı həmin vaxt tapılıb və Dövlət Dumasının üzvünə qismət olub...  

V.Milonov bütün övladlarına bərabər münasibət bəslədiyini, doğma və yadlara ayırmadığını da vurğulayıb.

 

Bakıda avtomobil gölməçədə batdı

Bakı şəhəri, Xətai rayonunda gölməçədə avtomobil batdı. Hafta.az  yazır ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumat agörə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

 

Oxunma sayı 27