Azərbaycanlı ekspertin məqaləsi İtaliya mətbuatında

12:11 01.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “World Geostrategic Insights” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Azərbaycan diplomatiyasının təktərəfliliyə qarşı yüksəlişi” adlı məqaləsi yayımlanıb.

Hafta.az yazır ki, məqalədə müasir dövrdə böyük güc sahibi dövlətlərin öz eqoist maraqlarının arxasınca düşməsinin və beynəlxalq əməkdaşlıqdan çəkinməsinin yaratdığı qlobal təhdidlərdən bəhs olunur. Müəllif qeyd edir ki, bu təhlükəli prosəsə qarşı mübarizə aparan azsaylı ölkələr arasında Azərbaycan xüsusi yer tutur. “Ölkəmizin pandemiya böhranının yaşandığı bir dövrdə Türk Şurası və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda sədrliyinin Azərbaycanın hər iki təşkilat daxilində məsuliyyətini və ona olan gözləntiləri daha da artırıb”, - deyə müəlllif bildirir.

V.Hüseynov qeyd edir ki, ölkəmiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməkdədir: “Məsələn, Azərbaycan Respublikası Prezidenti tərəfindən hər iki təşkilatın sammitlərinin keçirilməsi təşəbbüsü qeyd edilən böhran konteksində mühim əhəmiyyət kəsb etmiş və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib”.

Müəllif ilk növbədə Türk Şurasının aprelin 10-da tarixində keçirilmiş virtual sammiti haqqında bəhs edərək, burda bütün üzv dövlətlərin rəhbərlərindən başqa Macarıstan və Türkmənistanın dövlət başçılarının və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun iştirakının təşəbbüsə olan marağın göstəricisi kimi dəyərləndirib.. Görüşdən sonra iştirakçı dövlətlərin səhiyyə, nəqliyyat və iqtisadiyyat nazirlərinin virtual görüşünün keçirilməsinin dövlət başçılarının sammitinin praktik nəticəsi kimi təqdim edilib.

Məqalədə eyni zamanda Azərbaycanın sədrlik etdiyi digər təşkilat  Qoşulmama Hərəkatı çərçivəsində də oxşar təşəbbüslə çıxış etməsi və 40 dövlət nümayəndəsinin iştirakı ilə mayın 4-də virtual sammitin keçirilməsi haqqında qeydlər təqdim edilir. Bu tədbir təşkilatın fəaliyyətində tarixi bir hadisə kimi qiymətləndirilir. V.Hüseynov millətçilik və proteksionist siyasi ideologiyaların gücləndiyi hazırki şərtlərdə çoxtərəfli beynəlxalq siyasətin və global həmrəyliyin təşviqi istiqamətində sammitin böyük önəm daşıdığını xüsusilə vurğulayıb.

Bu addımların davamı kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı sammitində təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal miqyaslı addım kimi dəyərləndirilir: “130-dan artıq BMT üzvü tərəfindən dəstəklənən bu təşəbbüs ölkəmizə olan etimadın və onun orta miqyaslı güc kimi yüksələn nüfuzunun növbəti bir nümunəsi olmaqla yanaşı BMT tarixində də özünməxsus yer tutacaq bir hadisədir”.

Oxunma sayı 2992