Azərbaycanlı tarzən eyvandan konsert verdi – Günün təzadları

18:34 03.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün – aprelin 3-də eyvana məşhur tarzən Şəhriyar İmanov çıxdı.  Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, AzTV-nin ən çox diqqət çəkən layihələrindən olan “Evdə qal, eyvana çıx” efiri maraqla qarşılanıb. #evdəqal, vaxtını əyləncəli keçir.

 

Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü

Rusiyanın Krasnodar diyarında qadın martın 31-i bir yaşı tamam olan oğlunu döyərək qətlə yetirdi.

Hafta.az-ın Oxu.az-a istinadla yazdığına görə,  “Ren TV” xəbər verir ki, 28 yaşlı “ana” uşağın başına üç zərbə vurub.

Körpə aldığı kəllə-beyin travmasından yerindəcə keçinib. Qansız qadın artıq həbs edilib və məhkəmə qarşısında cavab verməli olacaq.

 

Marallar London küçələrinə axışdı

İngiltərənin paytaxtı Londonun şərqində sakinlərin bayıra çıxmamasından istifadə edən marallar küçələrə axışdılar.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Londonun Harold Hill qəsəbəsində qeydə alınıb.

Məlumata görə, şəhərətrafı zonaya gələn 20 maral həyət və bağçalardakı bitkiləri yeməyə başlayıblar.

Qeyd edilib ki, 1000 ildir bu bölgədə yaşayan marallar Daqnam qoruğunun sakinləridir. Onlar arabir qəsəbəyə enirlər. Ancaq nəqliyyat sıxlığının azalması, üstəlik, qəsəbə sakinlərinin evlərinə qapanması maralların şəhərə ziyarətini artırıb.

Xatırladaq ki, oxşar hadisə İngiltərənin Llandino şəhərində də baş vermişdi. Sadəcə, orada olayın qəhrəmanı marallar deyil, dağ keçiləri olublar.

 

Ceyranlar Dubay küçələrinə döndü

Dubay sakinləri əmirliyin karantin günlərində boş qalan yollarında və yaşayış yerlərində gəzən ceyranları gördülər. 

Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. “The Gardens”(“Bağlar”) adlanan əhalinin sıx məskunlaşdığı ərazidə iki nadir və zərif heyvanın fotoşəkilləri çəkilib. İnsanlar öz evlərində və mənzillərində qaldıqları müddətdə ceyranlar sakitcə şəhər boyu gəzə bilirlər.

Birləşmiş Ərəb Əmirliklərinin ərazisində ceyranların iki növü var: fotoşəkillərdəki  ərəb səhra ceyranı  və dağ ceyranı. 

Beynəlxalq Təbiəti Qoruma Birliyi  səhra ceyranını həssas növ elan edib. Əbu-Dabi Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, Ərəbistan səhra ceyranı üçün ən böyük təhlükə brakonyerlik və həyat şəraitinin pisləşməsidir.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası zamanı flora və faunanın yenilənməsini göstərən fotoşəkillər Yerin müxtəlif nöqtələrində çəkilir. Ən çox populyarlıq qazanan isə durna və delfinlərin Venesiya kanallarına qayıtmasıdır.

 

Uşağını binanın damında gəzintiyə çıxardı

Koronavirusla bağlı özünütəcrid rejimi təmiz hava qəbul etmək istəyən Rusiya sakinini qeyri-adi yola əl atmağa sövq etdi. Belə ki, o, övladı ilə birlikdə yaşadığı evin damında gəzintiyə çıxdı.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.

Bildirilir ki, şahidlər bunu gördükdən sonra xilasediciləri çağırıblar.

Məlum olub ki, kişi bu yolla tam özünütəcrid rejimini pozmadan gəzintiyə çıxmaq istəyib. Tikilinin damına isə ikinci mərtəbədə olan mənzilinin pəncərəsindən çıxıb. O, bir daha belə hərəkət etməyəcəyinə söz verib.

 

BMT əməkdaşı da koronavirusdan öldü

BMT-nin Əfqanıstandakı əməkdaşı koronavirusdan vəfat etdi.

Hafta.az-ın yazdığına görə, “Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, məlumatı BMT-nin Əfqanıstandakı nümayəndəliyi yayıb. Bildirilib ki, təşkilatın əməkdaşları hazırda təcrid edilib.

Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, ölkə üzrə 273 yoluxma faktı qeydə alınıb.

 

Oxunma sayı 370