Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə döndü

23:44 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub. 

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb. 

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.

Oxunma sayı 27