AzTV Xocalı barədə erməni dilində videoçarx yayımladı – Günün təzadları

20:32 26.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx 6 dildə təqdim olundu. Hafta.az  xəbər verir ki,

Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün videoçarx Azərbaycan dili ilə yanaşı rus, ingilis, erməni, gürcü, türk dillərinə tərcümə olunub. Xocalı qurbanlarının üzləşdiyi soyqırımını faktlar əsasında canladıran 5 dəqiqəlik videoçarxda ermənilərin törətdiyi əməllərin bir qismi nümayiş olunur.

 

Sumqayıt üzərində qeyri-adi tüstü dumanı peyda oldu

Azərbaycanda qeyri-adi hadisənin görüntüləri yayıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “oxu.az”ın redaksiyasına Sumqayıtda tüstü dumanının yayılmasını əks etdirən videogörüntü göndərilib. Görüntülər Sumqayıt şəhəri Kimyaçılar küçəsində qeydə alınıb.

Həmin görüntülər internet şəbəkələrində yayılıb.

 

İranda tibb bacısının da koronavirusdan öldüyü deyildi

İranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı öldü. Hafta.az-ın yazdığına görə, “Report” İranın “ILNA” xəbər agentliyinə istinadla xəbər verir ki, Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub. Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil. Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirus infeksiyasından ölənlərin sayının 15, yoluxanların sayının isə 95 nəfər olduğunu açıqlayıb.

 

Həzrət Yusifin  məzarı yanında bomba tapıldı

Fevralın 26-na keçən gecə dindar yəhudilərə Yusif Peyğəmbərin türbəsini və Şhemdəki arxeoloji qazıntıları ziyarət etmək imkanı yaradıldı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin "Arutz şeva" nəşri məlumat yayıb. Ordu, polis, təhlükəsizlik qüvvələri və mülki administrasiya, Şxemin yaxınlığında yerləşən peyğəmbər Yusifin məzarlığına, təxminən, 2000 dindarın daxil olmasını təmin edib. Ziyarət zamanı kompleksin yanında partlayıcı aşkar edilərək zərərsizləşdirilib. Xəsarət alan yoxdur.

 

Oxunma sayı 72