Baba təzə doğulmuş nəvəsinə içki verərək ölümünə səbəb oldu

13:20 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pekində bir kişi təzə doğulan nəvəsinə alkahollu içki içirərək ölümünə səbəb olub. Hafta.az AsiaOne portalına istinadla xəbər verir.

Qohumlar və dostlar  ailə sayının artması münasibəti ilə bir yerə toplaşaraq yeni doğulan körpənin gəlişini qeyd ediblər. Bu zaman körpənin babası sağlıq deyən zaman qonaqlardan biri içkini nəvəsi olmadan içə bilməycəyi ilə bağlı zarafat edib.

Nəticədə baba körpəyə öz bokalından az dozada içki içirdib. Anası isə dərhal körpəni onun əlindən alıb. Yarım saatdan sonra uşaq nəfəs almayıb. Xəstəxanaya çatdırılsa da, həkimlər uşağın həyatını xilas edə bilməyib. Araşdırma zamanı uşağın alkaholun təsirindən öldüyü təsdiqlənib.