Beynəlxalq caz festivalının üçüncü günü daha bir konsert verildi

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production“ şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq caz festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində daha bir konsert təqdim edilib.
Konsertdə pianoda beynəlxalq mükafatlar laureatı, Bakı Caz Mərkəzinin solisti Elçin Şirinov ifa edib. Onu kontrabasda Makar Novikov, zərb alətlərində Aleksandr Maşin, udda Mircavad Cəfərov müşayiət ediblər. Konsertdə Rafiq Babayevin “Dağlarda bayram“, Elçin Şirinovun “İlham“ əsərləri, “Qarpızı kəsdim“ xalq mahnısı əsasında hazırlanmış kompozisiyalar təqdim olunub. Gənc musiqiçinin ifası bir daha cazın insanları yaşından, sənətindən, milli mənsubiyyətindən asılı olmayaraq birləşdirdiyini göstərib.
Elçin Şirinovun ifası tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Nigar
Oxunma sayı 130